Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.
BUTA.TV xəbər verir ki, “Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.
Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.
Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir