Türkiyə Superliqasının 3-cü turunun ertələnmiş matçında “Adana Demirspor” öz meydanında İstanbulun “Beşiktaş” komandasını qəbul edib.
BUTA.TV xəbər verir ki, qarşılaşma millimizin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi Adana təmsilçisinin 4-2 hesablı qələbəsi ilə başa çatıb.
“Adana Demirspor” rəqibini 35 il aradan sonra ilk dəfə yenib. İstanbul təmsilçisi “Trabzonspor” səfərindəki 3:0 hesablı ağır məğlubiyyətdən sonra ard-arda ikinci dəfə səfərdə qapısından xeyli sayda top buraxaraq yenilib.
Qeyd edək ki, hazırda “Adana Demirspor”un 11, “Beşiktaş”ın isə 10 xalı var.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio