Əgər 30 il bizim üçün üçüncü dövlət danışıq aparsaydı, yəqin ki, belə şərəfsiz, alçaldıcı sonluğa çatmazdıq. 10 mümkün variantlar arasından ölüm variantı üzərində qərarlaşdıq. 1988-ci ildə biz Qarabağa “muxtar respublika statusu” ala bildik. Amma dedik ki, bu, kifayət deyil. 1997-ci ildə biz Qarabağı və Laçını 6,2 min kvadratkilometr ərazi ilə birlikdə qoruyub saxlaya və Ermənistanın davamı kimi Ermənistan Respublikasına sahib ola bilərdik. Bu ərazilərdən boru kəmərləri, dəmir yolları keçəcəkdi, amma hərbi çevrilişin təşkilatçıları olan Sərkisyana, Köçəryana və Oskanyana güc, pul, şöhrət lazım idi, təhlükəsiz Qarabağ və Ermənistan yox.
BUTA.TV xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan Feysbuk səhifəsində yazıb.
“1998-ci ildən 2018-ci ilə kimi Köçəryan və Sərkisyan rejimi çiçəkləndi, onlar üçün Qarabağ məsələsi yox idi, deyirdilər ki, məsələ həll olunub. 2018-ci ildən sonra böyük legitimlik ehtiyatına malik Paşinyan ağrılı və ləyaqətli həll yoluna qayıtmaq əvəzinə, qumar oynadı və bizə 44 günlük fəlakət gətirdi. Biz 9/10 noyabr 2020-ci il tarixli sənədlə daha diqqətli ola bilərdik, lakin bunu təslimiyyət aktı, Nikolu isə aradan qaldırmaq üçün təslimçi adlandrıdıq. 2023-cü ilin avqustunda biz erməniləri statussuz belə beşikdə saxlaya bilərdik, amma Köçəryan-Serj-Arkadi-Bako qruplaşması Qarabağda çevriliş etdi. Bu qrupun nümayəndəsi Şahramanyan “dqr”in buraxılması haqqında “fərman” imzalayıb. Ölüm və ya azadlıq. Başqa variant görmədik. Biz ölməyə qərar verdik”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu