Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

01:08 - 27 Dekabr 2025 - GÜNDƏM

 Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Beş ölkədən təyyarələr İrəvanın "Zvartnots" hava limanına gecikmə ilə gəlib çatacaq.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu, hava limanının onlayn tablo məlumatlarından bəlli olub.

Xüsusilə Suriya, Rusiya, İran, İspaniya və Fransadan (iki uçuş) həyata keçirilən reyslərdə gecikmə yaranıb.

Hələb-İrəvan ("Fly Cham" aviaşirkəti), Moskva-İrəvan ("Aeroflot" aviaşirkəti), Tehran-İrəvan ("Caspian Airlines" aviaşirkəti), Barselona-İrəvan ("FlyOne" aviaşirkəti), eləcə də Paris-İrəvan ("Air France" və "KLM Royal Dutch Airlines" aviaşirkətləri) marşrutları üzrə uçuşları gecikir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib ki, "Zvartnots" ştat rejimində işləyir və əlverişsiz hava şəraitinə baxmayaraq, reyslərin qəbulu və ya yola salınmasında heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, gecikməların səbəbləri aviaşirkətlərdən dəqiqləşdirilməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol