Rusiya Federasiyası və Ukrayna arasında dövlət sərhədilə bağlı 2003-cü ildə imzalanan beynəlxalq hüquqi sənəd yenidən gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində görüntülər yayılıb.
“Görüntülərdə 2003-cü il yanvarın 28-də Ukraynanın sabiq prezidenti Leonid Kuçma və Rusiya Prezidenti Vladimir Putin arasında Kiyevdə Ukrayna dövlət sərhədlərinin toxunulmazlığı və tanınması barədə sənəd imzalanması mərasimini görürsünüz. Sözügedən müqavilədə Ukraynanın dövlət sərhəd xətləri aydın şəkildə öz təsdiqini tapır və ona hörmət etmək öhdəliyi vurğulanır.
2003-cü ildə Rusiyanın Ukrayna sərhədləri ilə bağlı mövqeyi müsahibə və ya bəyanatlarda deyil, beynəlxalq imza ilə qeydə alınır.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
İndi isə məhz həmin sərhədləri Rusiya tank və raketlərlə pozur.
Əgər yüksək səviyyədə imzalanmış beynəlxalq müqavilələr illər sonra onu imzalayanlar tərəfindən pozulursa, o zaman bu gün beynəlxalq siyasətdə təminat və imzaların nə etibarlılığı qalır?”, - süjetdə qeyd olunub.
Videoda imzalanma mərasimindən sonra Rusiya lideri Vladimir Putinin sənədin Rusiya və Ukraynanı bərabərhüquqlu tərəfdaş kimi aralarında olan mübahisəli məsələləri sonlandırdığını bildirən çıxışı da yer alıb.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video