Rusiyanın ən nüfuzlu mütəşəkkil cinayətkar qruplaşması olan “Solntsevo”nun lideri Viktor Averin Moskva vilayətinin Mıtişi rayonunda yerləşən Klyazminsk su anbarındakı “Admiral” yaxta klubunda qayığın aşması nəticəsində ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, aşan qayıqda Averinlə yanaşı daha 4 kişi və 1 qadın da olub. 5 nəfər sahilə çıxmağı bacarsa da, Averin xilas ola bilməyib.
Rusiya mətbuatı yazır ki, qayıqda Averindən başqa, Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Viktor Xmarin, biznesmen Şəmistan Əliyev, vəkil Viktor Perekatov, cangüdən İvan Abramuşin və 18 yaşlı model Yekaterina Leonova da olub.
Qeyd edək ki, Viktor Averin 80-ci illərin sonlarında Moskvada yaranan “Solntsevo” cinayətkar qruplaşmasının rəhbəri Sergey Mixaylovun (Mixas) köməkçisi və sağ əli olub. Sonradan isə qruplaşmanın liderinə çevrilib. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi əməkdaşı Robert Levinson “Avera-böyük” adlandırdığı Averini cinayətkar qruplaşmanın iki nömrəli adamı kimi xarakterizə edib.
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı