Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağında Taleh Ziyadov yenidən quruma prezident seçilib.
BUTA.TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Ramil Hacıyev 2022–2025-ci illər ərzində Azərbaycan Badminton Federasiyasının fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə hesabatla çıxış edib. Təqdim olunan hesabat səsvermə yolu ilə təsdiqlənib.
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video