Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünün Feysbuk hesabında yazıb.
“İlham hamımızın arzuladığı hər şeyə nail ola bildi: o, Azərbaycan torpaqlarını azad etdi və sülh yaratdı, Azərbaycanı bir obyektdən dünya siyasətində çox vacib bir subyektə çevirdi.
Müasir tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun adını tarixə qızıl hərflərlə həkk etdiyini və əsrlər boyu xatırlanacağını söyləmək olar.
Prezident İlham Əliyevlə dost olmaq və yaxından əməkdaşlıq etmək imkanım olduğuna görə qürur duyuram. Və bu gün o, bütün xalqın ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsi göstərir.
Əsl lider məhz belə olmalıdır - axının əksinə getməkdən və nəticə əldə etməkdən çəkinməyən biri.
Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram”, -Saakaşvili bildirib.
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı