ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı oğlu Aydın Qaradağlıya toy edib. Aydın Qaradağlı Lalə Bağırova adlı xanımla nikah masasına oturub. Məclis ötən gün şəhər restoranlarından birində baş tutub. Toyda sənət adamları, televiziya əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Aydın və Lalənin nişanı bu ilin yanvarında olub. Bir müddət əvvəl V.Qaradağlının qızı Gültəkinin də nişanı olmuşdu. O, tanınmış proqramist Tural Bədirxanlı ilə nişanlanıb. ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə "Namo Media" interaktiv reklam proqramını yaradıb və tviterə satıb. O, bunun qarşılığında 50 milyon dollar alıb və eyni zamanda tvitterdə pay sahibi olub. Gültəkin və Aydın Amerikada yaşayır.//Axşam.az
- Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video