Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün Zəngəzur dəhlizi vacibdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunu bərpa edəcək layihə nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır”, - Zaxarova bildirib.
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!