Ölkəmiz üçün belə vacib, yaddaqalan, tarixi hadisələrin cərəyan etdiyi bir dövrdə komandamızın qələbə qazanması uğurlarımıza uğur, sevincimizə sevinc qatdı. Xalqımız dövlətimizin ardıcıl zəfərlərinin ardından bizdən də yaxşı nəticə gözləyirdi, bu müsbət tendensiyanın davamını istəyirdi.
BUTA.TV xəbər verir ki, bunu Qol.az-a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçdə "Hakken"ə qalib gəlməsi (1:0) haqda fikirlərini bölüşərkən deyib.
"Biz də klub olaraq bu məsuliyyəti yaxşı başa düşürdük. Baş verən tarixi hadisələr bizi oyuna daha da kökləyirdi, klubun sıravi işçisindən rəhbərliyinə qədər hər kəsi motivasiya edirdi. Qrup mərhələsinin birinci oyununda – “Molde” ilə qarşılaşmada qələbə qazanmaqla Azərbaycan futbolunda bir ilkə imza atmışdıq. “Hakken” ilə görüşdə də uğur qazanaraq ölkəmiz, futbolumuz adına növbəti uğur hekayəmizi yazmaq istəyirdik. İstəyirdik və bacardıq. Komandamız uzun yol getməsinə, sıx qrafikə, iddialı rəqibə baxmayaraq, lazımlı nəticəni qazandı. Hazırda 6 xalımız var və iddiamızı davam etdiririk. Heyətimizin hər bir üzvünə əzmkarlığa, möhkəmliyə, mübarizə ruhuna görə təşəkkür edirəm. Ölkə xaricində bizi tək qoymayan, dəstəyini əsirgəməyən azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm", - T.Gözəl qeyd edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio