İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin paytaxt təmsilçisindəki taleyi A Seriyasının VIII turunda “Kalyari” ilə oyundan asılıdır. "Canavarlar"ın sahibi Den Fridkin VI turda “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra Mourinyonu qovmaq istəyib. Lakin idman direktoru Tiaqu Pintu funksioneri fikrindən daşındırıb.
Lakin "Roma" bu gün məğlub olsa, portuqaliyalı baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, komanda yeddi turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb. 2021-ci ildən İtaliya klubunda işləyən Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalıdır.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio