“Son vaxtlar İrəvanın atdığı addımlar ona dəlalət edir ki, Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə daha çox meyl göstərir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilməsi planlaşdırılan iclasına qatılmamasının səbəblərindən söz açıb.
Xatırladaq ki, Bişkek iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulurdu. A. Mirzoyanın imtinasından sonra Baş nazir Nikol Paşinyanın da MDB sammitinə qatılmayacağı ilə bağlı fikirlər səslənir.
Öz növbəsində, V. Əhmədov xatırladıb ki, Ermənistan yavaş-yavaş Rusiyanın orbitindən uzaqlaşır:
“Rəsmi İrəvan Qərbə arxayın olduğu üçün bu proses gedəcək. Çünki onu daha çox müdafiə edənlər Qərb dövlətləridir, xüsusilə də Fransa. Amma yaddan çıxarmaq lazım deyil ki, Rusiya bölgədə əsas aktordur.
İrəvan Rusiyaya bağlı təşkilatlardan uzaqlaşmaq istəyir. Paşinyanın özü MDB sammiti çərçivəsində görüşlərə razı deyil. Lakin Rusiya hələ də bölgədə söz sahibi olan ölkədir.
Azərbaycan niyə Rusiya ilə münasibətləri saxlayırıq? Məqsədimiz Qarabağla əlaqədar problemlərin qalmamasıdır”.
Deputatın sözlərinə görə, Ermənistan bölgədə sabitliyin bərqərar olması üçün Azərbaycan Prezidentinin təkliflərini qəbul etməlidir:
“Zəngəzur dəhlizi məsələsini İrəvan uzatmağa çalışdı, axırda bu yolun da İrandan keçəcəyi bəlli oldu.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Zəngəzur dəhlizi ilə əlaqədar İrəvana xəbərdarlıq edib. Ermənistanın dövlət kimi qalması sual altındadır. Türkiyə artıq regionda söz yiyəsidir, onsuz heç nə həll olunmur. Ona görə də Ermənistan dövlət kimi qalmaq istəyirsə, münasibətlərini nomallaşdırmalıdır. Əminəm ki, Ermənistan bu məsəyə qayıdıb Zəngəzur dəhlizinin ərazisindən keçməsinə imkan verəcək. Yoxsa Ermənistan məhvə məhkumdur”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir