"Barselona"nın vitse-prezidenti Eduard Romeu argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, artıq bunu mümkün olmayacağına işarə edib: "Messinin qayıdışı? Biz ona hörmət edirik. Messi, buna layiqdir. Lakin qalan hər şey sadəcə fərziyyədir, biz bu haqda danışmayacağıq”. Lionel Messi yay transfer pəncərəsində PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "İnter Mayami"yə keçib.
Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 13 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio