Paraqvay millisinin futbolçusu Antonio Sanabria Lionel Messinin üstünə tüpürüb.
BUTA.TV xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə DÇ-2026-nın seçmə mərhələsinin Argentina - Paraqvay matçı (1:0) zamanı baş verib. Əvvəlcə futbolçular arasında mübahisə yaranıb. Argentina millisinin kapitanı Lionel Messi üzünə çevirib gedərkən "Torino"lu Sanabria arxadan ona tərəf tüpürüb. Bu an oyunun yayımına düşüb. Hakim hadisə ilə bağlı qərar verməyib.
Matçdan sonra jurnalistlərə açıqlama verən Messi deyib: "Mən bu hadisəni görmədim. Paltardəyişmə otağında mənə dedilər ki, onların oyunçularından biri mənə tüpürdü. Heç bilmirəm, o kimdir. Mən buna önəm vermək istəmirəm. Çünki bu halda o, hər yerdə həmin olaydan danışacaq, ən pisi isə ad çıxarmağa çalışacaq. Hər şeyi burada buraxmaq daha yaxşıdır”.
Sanabria isə Messiyə tüpürməsini təkzib edib. O bildirib: "Videoya baxdım. Oradan elə görünür. Amma belə bir şey olmayıb. Messi uzaqda idi və ona heç nə olmayıb. Mən bu ittihamları rədd edirəm".
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı