Qətər şeyxi Casim bin Həməd Ali-Sani İngiltərənin "Mançester Yunayted" futbol klubunu almaq təklifindən imtina edir.
BUTA.TV Associated Press-ə istinadla xəbər verir ki, "Mançester Yunayted"in səhmləri klubun satışının ləğv ediləcəyi ilə bağlı şayiələr ucbatından 20% ucuzlaşıb
Şeyx komandanı 2005-ci ildən sahibi olan Qleyzerlər ailəsindən almağa əsas namizədlərdən biri hesab olunurdu. “İneos” kimya şirkətinin rəhbəri Cim Ratkliff və finlandiyalı sahibkar Tomas Zilliakus da klubu almaq istəyir.
Mənbələrin bildirdiyinə görə, Ali-Sani “Mançester Yunayted” üçün bazar dəyərindən iki dəfə çox, yəni 3,2 milyard dollar ödəməyə hazır idi.
Ratkliff klubun 25%-i üçün 1,3 milyard funt-sterlinq (1,58 milyard dollar) ödəyə bilər.
- Revanşist suala Paşinyanın maraqlı cavabı
- Kiyev ABŞ-a sübut etdi: Rusiya məğlubedilməz deyil!
- Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
- Ermənistan Bakıya uçuşların sayını açıqladı
- Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı
- “Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar
- Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...