Parisdə islamafobiyaya əsaslanan növbəti qalmaqal baş verib. “Qızıl top"un qalibi, Fransa millisinin Əlcəzair əsilli hücumçusu Kərim Benzema fələstinlilərə dəstək verdikdən sonra tənqid və təhdidlərə tuş gəlib. Fələstinə dəstək fonunda Marsel şəhərinin vitse-meri postunu tutan islamofob və ermənipərəst Valeri Boyer məşhur futbolçu Kərim Benzemanı Fransa vətəndaşlığından məhrum etməyi təklif edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Boyer Benzemanın “Qızıl top”dan məhrum edilməsini istəyib:
“Biz ikili vətəndaşlığı olan dünya şöhrətli fransızın ölkəmizi bu şəkildə biabır, hətta xəyanət etməsini qəbul edə bilmərik. Əgər bu doğrudursa, o zaman Kərimə qarşı sanksiya tətbiq etməyi düşünməliyik”.
O, həmçinin futbolçunun Fransa vətəndaşlığından məhrum edilməsini istəyib.
Fransanın daxili işlər naziri Gerald Darmani də kənarda qalmayaraq Benzemanın guya “Müsəlman Qardaşları” ilə əlaqələrinin olduğunu açıqlayıb.
Qeyd edək ki, futbolçu sosial şəbəkə səhifələrində “Bütün dualarımız haqsız partlayışlarda, nə qadına, nə də uşaqlara aman verilməyən bombaların qurbanı olmuş Qəzza sakinlərinədir” sözlərini yazıb.
Xatırladaq ki, Boyer “artsax” və “miatsum” kimi erməni layihələrinin qızğın tərəfdarıdır. Fransa parlamenti və Senatı tərəfindən qəbul edilmiş “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini məhz o hazırlamışdı.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio