Ötən yay PSJ-dən "İnter Mayami"yə keçən argentinalı hücumçu Lionel Messi MLS təmsilçisi ilə rekord məbləğdə müqavilə imzalayıb.
Qaynarinfo MLS Futbolçular Assosiasiyası Argentina millisinin hücumçusunun Amerika liqası tarixində ən yüksək maaşa sahib olduğu barədə hesabat dərc edib. Lionel Messinin əsas maaşının illik 12 milyon dollar olduğu bildirilir.
Zəmanətli təzminat, o cümlədən əsas əmək haqqı və oyunçunun müqaviləsi ərzində hər il ödənilən bütün imza ödənişləri və bonuslar 20,4 milyon dollardır. Bundan əlavə, Lionel Messi "Adidas" və "Apple TV"dən ödənişlər alacaq. Bunları nəzərə alsaq, argentinalının illik gəliri 50-60 milyon dollar olacaq.
Bu, Messini ABŞ-ın üç böyük idman liqasının ən yüksək maaş alan oyunçuları ilə eyniləşdirir: Stiven Karri keçən mövsüm NBA-nın ən çox qazanan oyunçusu kimi 48 milyon dollar qazanıb. Co Berrou ildə 55 milyon dollarlıq müqavilə ilə NFL-in, Castin Verlander 43,3 milyon dollarla MLB-nin ən çox qazananları siyahısına başçılıq edir.
MLS-in ən çox qazanan futbolçuları reytinqində ikinci yerdə illik 7,5 milyon dollar gəlir və 15,4 milyon dollar zəmanətli təzminatla italiyalı Lorenzo İnsinye ("Toronto") qərarlaşıb. İlk "üçlüy"ü 7,35 milyon dollar maaş və 8,153 milyon dollar təzminatla "Çikaqo Fayr" klubunun oyunçusu Xerdan Şaqiri tamamlayır.
- Revanşist suala Paşinyanın maraqlı cavabı
- Kiyev ABŞ-a sübut etdi: Rusiya məğlubedilməz deyil!
- Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
- Ermənistan Bakıya uçuşların sayını açıqladı
- Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı
- “Hörümçək toru” əməliyyatı belə idarə olunub - Detallar
- Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...