Paytaxtın səs-küyü, ən müxtəlif problemlər də tez qocalmaya səbəb ola bilərmi?
Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır. Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır.
Kosmetoloq Zeynəb Əliyeva mövzu ilə əlaqədar Mediapost-a açıqlama verib. O qeyd edib ki, iqlimin dəriyə mənfi təsiri çox olur:"Bakıda hava çox quru, küləkli və tozludur. Ona görə Bakının iqlimində dəri 5-10 yaş daha tez qocalır, cansız olur. Belə iqlimdə qocalmanın qarşısını almaq üçün dəriyə qulluğu təxirə salmaq olmaz. Dəri incədir, onu qoruya bilməyəndə, belə iqlimdə tez qocalır. Amma hər kəs də dərisinə istədiyi qulluğu göstərəcək maddi imkana sahib deyil. Ona görə, iqlimin dəriyə mənfi təsiri çox olur. Azərbaycanda güclü nəmləndiricilər, bir də ləkə təmizləyicilər çox istənilir. Qadınlarda hormon balanssızlığı, qadın xəstəlikləri və endokrin problemləri çox olduğundan, ləkələr də, saç tökülmələri də çoxdur".
Bəs paytaxtın səs-küyü, ən müxtəlif problemlər də tez qocalmaya səbəb ola bilərmi?
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Mütəxəssislər qeyd edir ki, insanların tez qocalma səbəbləri təkcə irsiyyət deyil. Yaşlanmanın xarici təzahürlərinin meydana çıxmasına xarici amillər, həyat tərzi və qidalanma güclü təsir edir. Böyük şəhərlərdə yaşayan, vaxtının çox hissəsini quru havalı ofislərdə, keçirən, küçələrdə zərərli qazlarla nəfəs alan, kafe və restoranlarda dincələn insanlar, təbiətdə yaşayan, təmiz hava ilə nəfəs alan və tez-tez təbiətdə vaxt keçirən insanlara nisbətən daha tez qocalır. Kompüter arxasında oturmaq, fiziki fəallığın zəif olması, zərərli vərdişlər, daimi stress, yorğunluq, yuxusuzluq sağlamlığa olduqca mənfi təsir edir.
Lalə Mehralı
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Yeni Müsavat”a danışıb: “Doğrudur, Bakının rütubətli havası, küləyi var. Bu amillər ən pis halda dərimizə, fiziki göstəricilərimizə təsir edə bilir. Amma ümumiyyətlə, meqapolislərin, böyük şəhərlərin insan həyatına, psixologiyasına, mənəvi vəziyyətinə nə qədər təsir etdiyini böyük araşdırmalar apararaq, ortaya çıxarırlar. Böyük şəhərlərdə insanlar çoxdur, amma əksəriyyəti yalnızdır, ünsiyyət demək olar ki, aşağı səviyyədədir. Səbəb də odur ki, sosial platformalar inkişaf edib, virtual ünsiyyət növü geniş yayılmağa başlayıb. Yəni artıq böyük şəhərlərdə insanlar arasında birbaşa, canlı ünsiyyət minimum səviyyədədir. İndi insanlar bir-birindən uzaqda hal-əhval tutmağın tərəfdarıdırlar. Canlı şəkildə görüşüb, bir stəkan çay içmək yerinə, onlayn görüntülü söhbət edib, hal-əhval tutmağa çalışırlar.
Doğrudur, vaxt amili var. Böyük şəhərlərdə hamı işləyir, istirahətə, görüşməyə vaxt çatdırmaq bir qədər müşkül məsələyə çevrilib. Lakin insan istəyəndə hər şey üçün vaxt tapır, buna şərait yarada bilir. Beləliklə, böyük şəhərlərdə yaşayan, işləyən insanlar həftə sonları canlı görüşlər edə, qohumlar, dostlar, tanışlarla, bir süfrə arxasına yığışa bilərlər. İnsan birlikdə bir süfrə arxasında bir stəkan çay içməkdən aldığı mənəvi, psixoloji zövqü heç bir onlayn münasibətdən ala bilməz. Ona görə ki, canlı ünsiyyət insanın bütün enerji qapıların açır.
Beləliklə, daha rahat, enerjili və daha uzunömürlü həyat üçün sosiallaşmaq, canlı görüşlər keçirmək lazımdır".
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar