Mövsümü erkən başa vuran "Inter Mayami"nin futbolçusu Lionel Messi yeni görüntüləri ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, son aylar Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko sosial mediada populyarlıq qazanıb. Onların yeni görüntüləri paparazzilərin kameralarına tuş gəlib. Meydançada futbolçunu tək buraxmayan Çuenko onu hətta xanımı ilə istirahət zamanı da gözdən iraq qoymur. Messi və xanımının birgə istirahət etdiyi fotoda cangüdənin də yanlarında oturması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, cangüdən “Inter Mayami”nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir.
Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi sosial şəbəkələrdə populyarlığını xeyli artırıb.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava