Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.
“BUTA TV” Portuqaliyanın “Correio da Manha” qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.
Bildirilir ki, o, rus dilində olan “гранат” (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq çevirib. Həmyerlimiz daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək telefonunda portuqalca “Mən nar şirəsi istəyirəm” yazmağa çalışaraq ofisianta göstərib. Turist yazdığı cümləni restoran işçisinə göstərdiksə isə o bunu təhdid olaraq başa düşüb və müştərinin üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.
O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Adı açıqlanmayan azərbaycanlının hoteldəki otağında axtarış aparıldığı da bildirilir. / Qafqazinfo
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi