Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə darmadağın edib.
“BUTA.TV”nin məlumatına görə, Ağdum klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb:
“Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı