İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində velosiped sürən gənc hadisə yerində ölüb.
BUTA.TV xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü İsmayıl Ağabala oğlu Gülmalıyev velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən gəncin atası da bir neçə il əvvəl velosiped sürərkən yol qəzası nəticəsində dünyasını dəyişib.
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı