Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəylinin 6 gündür harada olması və hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, “Qopuz” jurnalının keçmiş direktor və redaktoru olan Mehrəlibəyli noyabrın 7-si Gərgər şəhərində silahlı ETTELAAT məmurları tərəfindən saxlanılıb.
O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir.
İlk dəfə 2002-ci ilin 12 dekabr tarixinda Şəbistər şəhərində, prof. Məhəmmədtağı Zehtabinin məzarı üstə tutularaq bir aydan sonra azadlığa buraxılır. İki il sonra - 2005-ci ildə Bəzz (Babək) qalasında keçirilən mitinq zamanı yenidən həbs edilərək 2 ay saxlanılır. O, 2006-cı ildəki Xordad etirazlarında bir daha həbs olunur. 2010-cu ilin may ayında isə Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olduğu üçün 9 ay həbsdə saxlanılmışdı. Bu müddətin 7 ayını təknəfərlik kamerada keçirib. Yürüş Mehrəlibəyli həbsdən azad edildikdən sonra orada yaşadığı günləri və işgəncələri “Qarçiçəyi” adlı kitabında qələmə alıb.
O, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?