"Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də mənə artıq-əskik təklifi görmədim. Azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar".
BUTA.TV xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib. Xanəndə qadınları tənqid edib:
"Həyatda məcburi heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər çölə. Çöldə o kişi qız, qadın görməsə qoltuğuna pişiyi, çaqqalı vurub aparmayacaq ki, harasa... Çıxıb, əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran isə qadındır. Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasa aparır? Hə? Niyə? Niyə axı sən özünü bu günə qoyursan? Mən bu cür qadınları qınamıram, onlardan ötrü ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır? Olmaz ki, çətin yaşayın, amma qürürla yaşayın və özünüzdən muğayat olun?!"
- Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
- Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət etdi
- DİN yayılan görüntülərə aydınlıq gətirdi
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi