4 ayda 3 zədəsi olan türkiyəli futbolçu Arda Gülər çətin günlər yaşayır.
BUTA.TV xarici KİV-ə istinadən xəbər verir ki, Arda Gülər son zədəsindən sonra emosional problem yaşayır. Bildirilir ki, transfer olduğu “Real Madrid”in həkimi ona təxminən 1 aya yaxın meydandan uzaq qalacağını dedikdən sonra Türkiyənin milli futbolçusu göz yaşlarını saxlaya bilməyib və “Hər dəfə oynayacağım an elə olur, daha da pis oluram” deyib. Qeyd edilir ki, başda Arda Gülər olmaqla “Real Madrid”də bir çox futbolçu tez-tez zədələnir.
Bildirilib ki, komandanın baş həkimi Niko Mihiç gənc ulduzun 3-cü dəfə zədələnməsi və Bellinqhemin də meydanlardan uzaq olması səbəbindən qovulub.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava