Komanda olaraq çox inkişaf etmişik. Hər matçda olduğu kimi, sabah da sonadək mübarizə aparacağıq.
BUTA.TV xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, bütün oyunçular meydana maksimum nəticə üçün çıxırlar:
"Yaxşı hücumçularımız var. Bu, futboldur, hər an hər şey baş verə bilər. Bəzən ən güclü oyunçularımız zəif oyun nümayiş etdirirlər. Təbii ki, belə anlarda məyus oluruq. Meydana çıxanda ürəyimizi qoyuruq. Elə vaxtlar olur ki, hücumda səhvlər olur. Amma bu, o demək deyil ki, biz istəksiz oynayırıq. İlk dəfədir ki, beş komandalı qrupda 4-cü yerdəyik. Belə bir şey bu vaxta kimi baş verməyib. Azarkeşlər bilməlidirlər ki, uduzmaq bizim üçün də xoş deyil. Avstriya ilə oyunda da qələbəyə yaxın idik, amma alınmadı".
O, milliyə dəvət etdiyi bütün oyunçuların keyfiyyətli olduğunu vurğulayıb:
"Emil Səfərovun ayağında problem var. Ümid edirəm, qısa zamanda sağalacaq. Bütün futbolçularımız vacibdir. Hamısına şans verməyə çalışıram. Belçika ilə oyunda da heyətdə bəzi dəyişikliklər ola bilər. İsveçlə matça 27 nəfərin çağırılmasına səbəb isə 2 oyunçunun sarı vərəqə limitində olmasıdır".
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava