Ermənistan Azərbaycan nümayəndə heyətinin İrəvanda keçirilən ATƏT PA-nın iclasında iştirakdan imtinasına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyan Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildirib.
“Azərbaycan nümayəndə heyətinin gəlməməsinə gəlincə, onlar Ermənistanda təhlükəsizliklə bağlı müxtəlif formatlarda bir neçə dəfə məsələ qaldırıblar. Ermənistan parlamenti ATƏT PA və Assambleyanın sədrinə cavab verib və bildirib ki, deputatların təhlükəsizliyini təmin etməyə hazırdır, lakin gördüyünüz kimi, onlar orada deyillər”, - deyə o bildirib..
O iddia edib ki, təhlükəsizlik protokolları var və biz bunu etməyə hazır idik:
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
“Amma Azərbaycan nümayəndə heyəti gəlmədi. Qərar vermək onların ixtiyarındadır”.
Qeyd edək ki, bu gün İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyası başlayıb. 20 noyabra qədər davam edəcək iclasda Türkiyə, Azərbaycan və Rusiya nümayəndə heyətləri iştirak etmir.
O ki qaldı Ermənistanın Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməsinə, bunu ağırlıqqaldırma üzrə İrəvanda keçirilən Avropa çempionatında müşahidə etmişdik. Təhlükəsizliyi təmin etməli olan tədbir təşkilatçısı özü səhnədən bayrağımızı alaraq yandırmışdı.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı