Sabah əlimizə düşən imkanlardan yararlanmalıyıq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.
"Güclü kollektivlə oynayacağıq. İnkişaf etmişik, amma daha çox çalışmalıyıq. Biz artıq öz oyunumuzu tapmışıq. Avstriya və Belçika ilə evdəki görüşlərdə də yaxşı çıxış etmişdik. Buna baxmayaraq imkanlardan yararlana bilmədik. İsveçlə ev qarşılaşmasında isə bunu bacardıq. Sabah eyni intensivliyi davam etdirməli və imkanlarımızdan istifadə etməliyik. Birinci matçda bunu bacarmadıq. Amma evdə bu rəqibdən çəkinməmişdik", - Byazi qeyd edib.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar