Uşaqlar bundan artığını edə bilməzdilər - Byazi

23:56 - 19 Noyabr 2023 - İDMAN

 Uşaqlar bundan artığını edə bilməzdilər - Byazi

Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb:

"Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq".

İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub:

"Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik".

Mütəxəssis yığmadan ayrılacağı təqdirdə yerli jurnalistlərin suallarından darıxmayacağını söyləyib:

"Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik”.

De Byazi suallardan əsəbiləşərək, konfransı yarımçıq tərk edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol