“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı sosial şəbəkədə daha bir şikayət yayılıb.
BUTA.TV xəbər verir ki, “Kontakt Home” mağazasından ilkin ödənişsiz kreditlə qulaqcıq almaq istəyən müştəridən ilkin ödəniş üçün 6 manat tələb edilib. Şikayətçi bildirib ki, mağazadan məhsulu 6 aylıq kreditlə almaq istəyib: ““Qara cümə” olduğunu səbəb gətirərək bizdən ilkin ödəniş olaraq 6 manat tələb etdilər. Bir neçə gündür, onlayn çat vasitəsilə mağazanın əməkdaşları ilə danışırıq, məhsullar haqqında məlumat alırıq. İlkin ödəniş barədə bizə məlumat verməyiblər. Məhsullar faizsiz, ilkin ödənişsiz olaraq təqdim edilir. Bu barədə “Kontakt Home”a müraciət edəndə cavab olaraq dedilər ki, “yəqin, işçilərimiz ilkin ödəniş haqqında məlumatları olmadığı üçün sizə yanlış məlumat veriblər...””
Müştərinin paylaşımına “Kontakt Home” belə açıqlama verib: “Yaranmış anlaşılmazlıqla bağlı təəssüf edirik. Öz növbəmizdə müraciətinizi araşdırıb sizə ətraflı məlumat təqdim ediləcək”.
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi