Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.
Bu barədə Bizim.media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. Onun sözlərinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:
“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən iki manat, yuxarı siniflərdən üç - beş manat, müəllimlərdən isə hansısa məbləğdə pul yığılır”.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən məktəbin direktoru Kəmalə Babayeva ilə əlaqə saxlanılıb. Direktor bu barədə məlumatı yeni eşitdiyini diqqətə çatdıraraq, daha ətraflı məlumat əldə etmək üçün Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə yaratmağı tövsiyə edib. K.Babayeva doğum gününün noyabrın 24-də olub-olmamasını nə təsdiq, nə də inkar edib.
BŞTİ-dən isə bildirib ki, məsələnin araşdırılacaq.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı