Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.
67 yaşlı italyan mütəxəssis millidəki vəzifəsinə davam etmək istəmədiyini bildirib və qurum baş məşqçi ilə sözləşməni yeniləməmək qərarına gəlib. Bundan sonra AFFA yığmanın baş məşqçi postuna namizəd şəxslərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu da yaradıb. Futbol ictimaiyyətində gözləntilər əsasən yerli baş məşqçilərdən yanadır. Lakin Azərbaycan millisinin "sükan"ı yenidən xarici, özü də yenə italyan məşqçiyə həvalə oluna bilər.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu, İtaliya yığmasının və "Milan"ın əfsanəvi futbolçularından olan Alessandro Nestadır.
Belə ki, 47 yaşlı Nesta yanvar ayında seçməmizin başına keçə bilər. Mənbəmizin məlumatına görə, 47 yaşlı mütəxəssis ilinə 1 milyon avro qarşılığında Azərbaycanda çalışa bilər.
Qeyd edək ki, Nesta hazırda İtaliya B Seriyasında mübarizə aparan "Recciana"nı çalışdırır.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar