Fateh Terim Azərbaycan millisinə təklif olundu
Türkiyə yığmasının və "Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.
BUTA.TV “FutbolPress”ə istinadla xəbər verir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.
Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.
1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı