Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger Anastiya Kaşevarova Teleqram kanalında məlumat yayıb. Məlumata görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur:
“Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır”.
Bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur:
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
“Xüsusilə, Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar Şimal Hərbi Dairəsinin zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub”.
Qeyd edək ki, “Zerqulio” Teleqram kanalı da mənbələrinə istinadən Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdiklərini bildirir.
Xatırladaq ki, Ermənistan KTMT-nin üzvüdür.
- Marseldə atışma: ölən və yaralananlar var
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp