Azərbaycan millisində baş məşqçi yerli olsa, daha yaxşıdır. Çünki yerli məşqçi Azərbaycan futbolunun həm mənfi, həm də azsaylı müsbət tərəflərini əcnəbilərdən qat-qat yaxşı bilir.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Amal Abışov Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı ehtimalı ilə bağlı danışarkən deyib.
“Ortada adi bir təcrübədə var ki, 2008-ci ildən davalı olaraq AFFA əcnəbi məşqçilərə etimad göstərir və ortada heç bir nəticə yoxdur. Bizim milli komandaya məşqçidən daha çox sağlam futbolçu yetişdirmək önəmlidir. İndiki məqamda məşqçinin kimliyi heç bir məna daşımır. Rəşad Sadıqova gəldikdə isə, məncə, Sadıqov “Zirə”də qalsa yaxşıdır. Orda ortaya iş qoyub, komanda formalaşdıraraq hər halda bir yol gedir. Bu gün onu işindən ayırmaq düzgün olmaz. Bizdə işsiz mütəxəssislərin sayı yetərincədir. Tərlan Əhmədovun adını çəkmək olar. Onun komandanı çətinlikdən çıxarma bacarağını “Kəpəz”də görmüşük”, - Abışov qeyd edib.
Fateh Terim və Şənol Günəşin millimizin baş məşqçisi olma ehtimalı ilə bağlı yayılan məlumatlara gəlincə, ekspert bildirib ki, onlar Türkiyənin özündə belə köhnəlmiş məşqçilər sayılır:
“Şenol Günəş həm Türkiyə millisində, həm də “Beşiktaş”da uğursuzluğa düçar oldu. Fateh Terimin isə uğur qazandığı yeganə yer aşağı-yuxarı “Qalatasaray” idi. Onun Azərbaycan millisi kimi geniş oyunçu seçimi olmayan, potensialı aşağı bir komanda ilə nəticə əldə edəcəyinə inanmıram”.
ilə bağlı saytımıza açıqlama verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli deyib ki, milli komandamızın növbəti oyunu martda olacaq:
“Ona qədər də kifayət qədər vaxt var. Baş məşqçi postuna təyinatla bağlı işçi qrup yaradılacaq. Baş məşqçi postuna təyinat ən tez yanvar ayında təsdiqlənə bilər. Ona görə də ayrı-ayrı adlar çəkmək və müzakirə etmək doğru olmazdı”.
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT