KXDR Dövlət Şurasının sədri Kim Çen In V Ümumrespublika Analar Qurultayında hesabatı oxuyarkən ağlayıb.
“BUTA TV” Lent.az-a istinadən bildirir ki, bu barədə Koreyanın Mərkəzi Televiziyası kadrlar nümayiş etdirib.
Xəbərdə qurultayın ilk günündən - Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Li İl Hvanın çıxışını dinləyən Kim Çen Inın ağlamağa başladığı video göstərilib. Liderin həmin andakı siması iri planda göstərilib.
Şimali Koreya liderinin emosional reaksiyasına nəyin səbəb olduğu məlum deyil, lakin bu, anaların övladlarının gələcəyi üçün fədakarlıq etməyə hazır olmasından bəhs edən reportajı oxuyarkən baş verib.
- "Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırdı
- Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcək
- Qızını boğan ata həbsdə öldü
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi
- Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı