Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır. Maska olmadığı halda əhalinin sıx toplaşdığı yerdə xəstəliyə yoluxma mümkündür.
BUTA.TV Medicina.az-a istinadən xəbər xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca haqqında danışarkən deyib.
“Peyvənd almış şəxs xəstəliyə yoluxsa belə, çox yüngül keçirir. Qeyd edim ki, 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılcanın endemikliyinin olmadığını sübut edən sənəd verib. Bundan sonra ölkədə qeydə alınan yoluxmalar qonşu dövlətlərdən gəlmə hallar hesabına qeydə alınırdı. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdən gəlmə hallarına ölkəmizdə münbit şərait olarsa, yoluxmalar, təbii ki, baş verəcək. Bunun olmaması üçün peyvəndlərin vurulması vacibdir. Qeyd edim ki, COVİD-19 pandemiyası dövründə də xüsusilə peyvəndlərdən imtina ilə bağlı əsassız təbliğat aparılırdı.
Peyvəndlərin vurulması bir çox uşaq ölümlərinin qarşısını alır. Ona görə də valideynlər hələ də bunu etməyiblərsə, bu gün də gec deyil, vaxtında peyvənd olunmaq lazımdır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edin. Uşaqlara dövlət hesabına qızılca əleyhinə peyvənd vurulacaq”, - infeksionist qeyd edib.
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!