Ağdaş sakini Araz Hacıyev qətlə yetirilib, qonşusu saxlanılıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
- Prezident onu Naxçıvana başçı təyin etdi
- Ordubada yeni başçı təyin edildi - Sərəncam
- Prezident bu başçını vəzifəsindən azad etdi
- Bu kollecdə əlil abituriyentlər üçün 15 plan yeri ayrıldı
- Dənizdə batan gənc tələbə imiş - Foto
- Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə start verilir
- "Bakcell" rouminqi ilə yay tətilində dünyanı kəşf et
- Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi