Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.
“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”, - İlham Əliyev bildirib.
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi
- Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı
- TuranBank gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
- Sabah bu ərazilərdə qaz olmayacaq