“Keçmiş deputat, "Karat" Holdinqin sahibi Əsabil Qasımov Rusiyada olduqca bahalı yaşayış kompleksi tikintisinə başlayıb. Azərbaycanda taxıl və un biznesindən qazandığı vəsaitləri böyük ölçüdə Rusiya iqtisadiyyatına yatıran sabiq deputat Kislovodsk şəhərindəki layihəsinə 50 milyon dollar vəsait (4.6 milyard rubl) xərcləyəcək. Layihə çərçivəsində88.5 min kv. metr sahəsi olan 1100 mənzildən ibarət 17 binanın, fitnes mərkəzinin, 300 maşınlıq parkının, üzgüçülük hovuzunun və ümumilikdə 11.5 min kv. metr sahəsi olan ticarət mərkəzinin tikintisi nəzərdə tutulur”.
BUTA.TV-nin xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
“Kompleksin tikintisi bu ilin martında təsis edilmiş "ZAMKOVAYA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "ЗАМКОВАЯ") tərəfindən həyata keçiriləcək və 2027-ci ildə başa çatdırılacaq. "ZAMKOVAYA" MMC-nin 100 faiz payla təsisçisi Qasımovlar ailəsinə məxsus " EKSPO" MMC-dir. "EKSPO" MMC-nin təsisçisi isə 80 faiz payla Azərbaycanda hüquqi qeydiyyatda olan "KARMEN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-dir. Digər 20 faizlik pay isə "Karat" Holdinqin Rusiyada təsis etdiyi "Aqros" MMC-yə məxsusdur” – o bildirib.
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi
- Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı
- TuranBank gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı