Sizi təbrik edirəm. Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis cənab Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib: "Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm".
Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib:
"Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".
Təcrübəli baş məşqçi Riçard Almeydanın başından zədə aldığı üçün görüşü davam etdirə bilmədiyini sözlərinə əlavə edib: "MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər".
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək