Müğənni Aysel Əlizadə media nümayəndələri ilə görüşüb.
BUTA.TV Axşam-a istinadla xəbər verir ki, sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmə hadisəsindən danışıb. O bildirib ki, "Səni axtarıram" proqramında onunla bağlı xəbər yayılmazdan əvvəl ona zəng edilməyib və fikir soruşulmayıb:
"Nə mesaj, nə zəng olub. Verilişdə hadisələr yaşanandan, adım hallanandan və reytinq alınandan sonra mənə zəng gəldi. Mən də o zaman cavab vermədim. Mənə yaxşılıq etmək istəyən insan əvvəldən zəng vurardı. Əgər belə səhvə addım atmışamsa, çəkərdi kənara deyərdi, etmə, səhvdir. Haradasa köməklik etməyə çalışardı. Amma tam əksi oldu.
Məhkəmədə heç vaxt iştirak etməmişəm. Vəkillər yer alıblar. Bir neçə prosessdən sonra Turanə xanımın da vəkili olmayıb, tək gəlib. Verilişdə deyilir, guya onun arxasında dayanılıb. Heç biri olmayıb. Mən həmin vaxt "Xəzər" telekanalının rəhbərliyini də (həmin ərəfədə telekanalın rəhbəri Şamxal Həsəni - red.) məhkəməyə vermişdim. Rəhbərlik dəyişəndən sonra (hazırda telekanalın rəhbəri Xalq artisti Murad Dadaşovdur - red.) şikayətimi geri götürdüm".
Aysel bildirib ki, adı eşq iddialarında hallanan iş adamı Elçininin həyat yoldaşı Turanə Nəcəfli məhkəməyə vəkilsiz qatılıb:
"Bu xanım 2 ildir boşanıb və sonra gedib verilişə. Boşanmağın səbəbkarı mən idimsə, yəqin o şəxslə ailə qurardım, indi övladım olardı. Mən kiminsə ailəsinin dağılmasına səbəb olmamışam. Bu, mülk üzərində qurulmuş məsələdir. Orada deyilir uşaqlar bahalı məktəblərdə oxuyur. Uşaqlar elə bahalı məktəbdə indi də oxuyur. Ortada biri reytinq, digəri ev qazandı. Mənim adım ortada getdi. Adıma söz çıxartdılar ki, mənim dayım hakim olub və yardım edib. Əgər arxamda kimsə olsaydı bu mövzu bu gün efirdə olmazdı. Mənim dayımın hakim olduğu məhkəmədə Xoşqədəm Hidayətqızı Nazilə Səfərliyə qalib gəldi. Dayım olsaydı, arxamda kimsə dayansaydı, məsələ 4 il uzanmazdı".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi