Taylandda futbol oyunu zamanı meydana ildırım düşməsi faciə ilə nəticələnib.
“BUTA.TV” xəbər verir ki, hadisə zamanı bir futbolçu həyatını itirib, daha 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ölkənin cənubundakı Narativat əyalətində güclü yağış altında keçirilən futbol matçı zamanı baş verib. Məlumata görə, ildırım birbaşa meydanın mərkəzinə düşüb. Zərbədən sonra bir neçə oyunçu yerə yıxılıb, meydana daxil olan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstəriblər.
Bütün müdaxilələrə baxmayaraq, “Yala” klubunun 27 yaşlı futbolçusu Sofvan Avaenin həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha 9 futbolçu yaralanıb.
Qeyd edək ki, Sofvan Avae ötən mövsüm “Pattani” klubunun Tayland İkinci Liqasına yüksəlməsində mühüm rol oynamışdı. O, 18 oyunda 7 qol vurmuş, cəmi bir neçə gün əvvəl isə “Yala” ilə müqavilə imzalamışdı.

- Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
- Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
- Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video