Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi “Opel” markalı, 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin sürdüyü “Volvo” markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Hadisə yerindən çəkilmiş görüntüləri və vəfat edən gəncin fotosunu təqdim edirik:

- Məmmədnağı Əkbərov bu agentliyin sədr müavini oldu - Foto
- İki qardaş ölkənin birgə təşəbbüsü: ingilis dilində, pulsuz tədris... - Video
- Yol polisindən sürücülərə xəbərdarlıq
- Türkəsilli Amerika tədqiqatçısından Talebinə - Vardanyanla bağlı çağırış
- Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı
- Nazir HHM-in yeni obyektlərində: tapşırıqlar verdi - Video
- Deputatın qardaşı vəfat etdi
- Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər