Azərbaycana rəsmi səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis İçərişəhəri ziyarət edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BUTA.TV-a verilən məlumata görə, qonağı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb.
Ziyarət zamanı vitse-prezident Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və Sıratağlı dini-memarlıq kompleksi ilə tanış olub.
Eyni zamanda ona İçərişəhərin zəngin tarixi-mədəni irsi, həyata keçirilən bərpa və konservasiya işləri, eləcə də turizm potensialının inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
- Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto
- Yalnış reklam və etiketləmə halları aşkarlandı - Video
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi