Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.
“BUTA.TV” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.
Zərbənin təsirindən sürücü yerə yıxılıb.
Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.
Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
***
Əldə etdiyimiz məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***
Məlumata görə, əməli törədən 26 yaşlı Rahim Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində məsuliyyət tədbirləri görülür.
- Zaqatalada dağ çaylarına ağır texnika cəlb edildi - Foto
- Yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın...
- Məmmədlidəki yanğın söndürüldü - Video
- Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı
- Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
- Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
- Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi