Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.
Daxili Işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.
- Bakı metrosunda 10 yeni stansiya - Sərnişinləri nələr gözləyir?
- Sinq hind kəşfiyyatının hədəfində: Qanlı sui-qəsd planı...
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar
- Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır