Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirlərində çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan Ulu Öndərin əvəzsiz xidmətlərindən və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatlarında qazanılan qələbələrdən, eləcə də bütün sahələrdə tərəqqinin təmin edilməsindən söz açıblar.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib, yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət olunub, bayram süfrələri açılıb, uşaqlara müxtəlif hədiyyələr və əyləncəli proqram təqdim edilib.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın