Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı fikirlər həqiqətdən uzaqdır.
BUTA.TV xəbər verir ki, bu barədə erməni şərqşünas Ruben Safrastyan deyib.
“Rusiya regionu tərk etmir, lakin mövcudluq formasını dəyişmək mərhələsindədir. Kreml özünü həm Ermənistan, həm də Azərbaycandan bərabər məsafədə saxlamağa çalışır. Moskva Bakını özünün müttəfiqi hesab edir. Bəzi hallarda isə müttəfiq kimi Azərbaycana üstünlük verir. Bunlar Rusiyanın regiondakı siyasətinin reallıqlarıdır”, - o bildirib.
Ekspert Ermənistan hakimiyyətinin Rusiya əleyhinə atdığı addımları qeyri-ciddi hesab edib:
“Bunlar antirusiya baxımından ciddi addımlar deyil. Rusiyadan asılılıq ciddi olaraq qalır. Doğrudan da ciddi antirusiya addımları atılsaydı, bu, dərhal ölkəmizdə vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxarardı”.
Safrastyan qeyd edib ki, real ciddi antirusiya addımı Ermənistanın KTMT-dən, eləcə də Rusiya hərbi bazasının İrəvandan çıxarılması prosesi olar.
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı